Slimfit
  1. CƏMİYYƏT

MSK sədrindən namizədlərin - Nəzərinə

MSK sədrindən namizədlərin - Nəzərinə
Sakura

MSK sədrindən namizədlərin - Nəzərinə

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt qalıb:

"Bütün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına geri qaytarsınlar. Artıq sənədlərin təqdim edilməsi üçün iki gün vaxt qalıb. Yanvarın 10-u saat 18:00-da imza vərəqələrinin dairə seçki komissiyalarına geri qaytarılması vaxtı bitir. Bundan sonra isə yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR