MSK sədri Qubad İbadoğlunun qızının döyülməsi ilə bağlı yayılan videodan danışdı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov 76 saylı Lənkəran-Astara seçki dairəsində seçki günü müşahidəçinin döyülməsi ilə bağlı yayılan videodan danışıb.
Oxu.Az-ın xəbərinə görə, M. Pənahov müşahidəçi Jalə Bayramovanın döyülməsini əks etdirən videonu izlədiyini bildirib:
“Videoda digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. O isə xəbərdarlığı qulaq ardına alaraq, çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb”.
MSK sədri bildirib ki, görüntüləri sosial şəbəkələrdə yayıb, bütün dünyaya çatdırırlar ki, həmin xanımı döyüblər, şikayət ediblər:
“Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kiminsə çəkməsinə icazə verməsin. Videoya çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib”.
Qeyd edək ki, Jalə Bayramova iqtisadçı ekspert Qubad İbadoğlunun qızıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət