Dərc edildi: Baxış sayı: 925
MSK qarşısında gərginlik: qanunsuz aksiya dağıdıldı
Bir qrup deputatlığa namizəd Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında qanunsuz etiraz aksiyası keçirməyə cəhd edib.
virtualaz.orgməlumatına görə, aksiyada 10 saylı Binəqədi Üçüncü Dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova, Müsavat partiyasından deputatlığa namizəd Elman Quliyev və başqaları iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, polis əməkdaşları namizədlərə aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq edərək ərazini boşaltmalarını xahiş ediblər.
Aksiyaçılar arasında saxlanılanlar olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət