Dərc edildi: Baxış sayı: 461
MSK bu həftə bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 12-dək bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək.
“Report” xəbər verir ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət