Dərc edildi: Baxış sayı: 595
MSK açıqladı: 5 milyondan çox bildiriş...
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq bildirişlərin sayı açıqlanıb.
Axar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
2020-ci ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.
Qeyd olunub ki, parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət