Dərc edildi: Baxış sayı: 475
MSK 3 partiyanın nümayəndələrini qeydə aldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.
Axar.az xəbər verir ki, MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.
Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət