Slimfit
  1. CƏMİYYƏT

Mövsüm rəsmən açılmayıb, amma çimərliyə üz tutanların sayı artır

Mövsüm rəsmən açılmayıb, amma çimərliyə üz tutanların sayı artır
Sakura

Mövsüm rəsmən açılmayıb, amma çimərliyə üz tutanların sayı artır

Hələ mövsüm açılmasa da, çimərliyə üz tutanların sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, bəzisi uşaqlarını, bəzisi də nəvələrini götürərək çimərliyə üz tutub.Onlar istirahət günlərini dənizdə çimməklə keçirirlər. Baxmayaraq ki, rəsmi qaydada dəniz mövsümü hələ açıq elan edilməyib.

Dənizə üz tutanlar arasında tursitlər də var.

Artıq dəniz kənarında Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlikdən istifadə edənlər üçün xəbərdaredici nişanlar da vurulub. Bununla yanaşı, qurumun xilasediciləri də hazır vəziyyətə gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi isə çimərlik mövsümü ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə çimərlik zonalarında və qumsallıqlarda ekoloji vəziyyətin monitorinqinə başlayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ''Xəzər xəbər''ə bildirib ki, mayın 5-dən etibarən paytaxt ərazisində olan çimərliklərdə dəniz suyunun standartlara cavab verməsini araşdırmaq üçün monitorinqlərə başlanılıb.Yaxın günlərdə monitorinqlərin cavabları elan ediləcək.

Dəniz mövsümü isə iyunun 15-dən etibarən açıq elan ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR