Dərc edildi: Baxış sayı: 564
Mövsüm meyvələrinin qiyməti niyə bahadır?
Bazarda bir çox mövsüm meyvələrinin qiyməti nübar dövründə olduğu həddən aşağı düşmür. Əsasən də ərik, gilas və göycənin qiyməti 5 manatın üzərindədir. Hətta növündən asılı olaraq 9-10 manata alma, 8-11 manata gilas, 6 manata ərik də var. Meyvələrin bu qiymətə olması əhalini də narazı salır. Çünki sözügedən mövsüm meyvələrinin əsas yeyilmə dövrü indidir, bir müddət sonra gilas və əriyin yığımı bitəcək.
Musavat.com-un müxbiri yeni məhsulların, mövsüm meyvə və tərəvəzlərinin qiymətləri ilə bağlı son durumu öyrənmək üçün paytaxın “8-ci kilometr” bazarına baş çəkib.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət