Dərc edildi: Baxış sayı: 634
Mövlud Çavuşoğlu: “Azərbaycandan aldığımız qazın həcmini artıracağıq”
“Azərbaycandan alacağımız qazın həcmini daha da artıracağıq”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin birgə mətbuat konfransında Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, nəqliyyatla əlaqəli layihələrdən əlavə, prioritet hesab edilən iki layihə var: Qars-Naxçıvan dəmir yolu və təbii qaz layihəsi.
Türkiyəli nazir bildirib ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə də müzakirələr aparılıb:
“Ceyhun qardaşımız əvvəllər təhsil naziri olduğu üçün bu mövzuları çox yaxşı bilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət