Slimfit
  1. BİOQRAFİYA

Mövlana Cəlaləddin Rumi

Mövlana Cəlaləddin Rumi
Sakura

Mövlana Cəlaləddin Rumi - Böyük irfan şairi

Mövlana Cəlaləddin Balkhi (Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 1207, Bəlx, Əfqanıstan – 1273) — İslam və təsəvvüf dünyasında tanınmış fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi.

Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir.

Mövlana Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Əfəndimiz" mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki Əfqanıstanın Bəlx şəhərində anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi.

Babası Əhməd Xətibi - nin oğlu Hüseyn Xətibidir. Anası əsil-nəcabətli bir ailəyə mənsub olan Möminə xatun, nənəsi Xarəzmşahlar xanədanından türk şahzadəsi Məlaikəi-Cahan Əmətullah Sultandır.

Bəhaəddin Vələd 1214-1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Əslən Xorasandan olan Rumi şeirlərini ana dili olab fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.

2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

 

Əsərləri

Məsnəvi
Divan-i Kəbir
Fihi ma-fih
Məcaşi-Səba
Məktubat

 

Məsnəvi

Birinci dəftər

Neynamə
Padşahın bir kənizə aşiq оlması, Kənizin pulla alınması, sоnra kənizin xəstələnməsi, xəstəliyin uzun çəkməsi
Kənizi müalicə еtməkdə təbiblərin aciz qalması, Padşaha Haqqın əyan olması, həqiqi Padşahın dərgahına üz tutması
Tanrının insanları ədəbli оlmağa də‘vət еtməsi, ədəbsizləri cəzələndırması haqda
Padşahın yuxusunda gördüyü, Tanrı tərəfindən göndərilən, nam-nişanı vеrilmiş təbiblə görüşməsi
Qеybdən gələn təbibin xəstənin üstünə aparılması
Kənizin xəstəliyini öyrənməkdən ötrü təbibin Padşahdan bir xəlvət yеr tələb еtməsi
İlahi təbibin kənizin xəstəliyini tə’yin еtməsi və Şaha bildirməsi
Padşahın Səmərəqəndli Zərgər kişini gətirmək üçün еlçilər göndərməsi
Zərgər kişinin öldürülməsinin Tanrımızın hökmüylə оlmasının bəyanı
Baqqal kişi və Tutuquşu hеkayəti

 

İkinci dəftər

Üçüncü dəftər

Dördüncü dəftər

Beşinci dəftər

Altıncı dəftər

Şəms kulliyatı

 

Rübailəri

Rübailər

 

Şeirləri

Söylə də, söylə
Bu gecə uyuma
Gəl, artıq
Təbrizə salam
Gələsən bunda sənə mən qərəzim yox, eşidirsən

 

Müləmmə

Mahəst nəmidanəm Xurşid ruhət ya nə

 

Digər

Bir şəxsin, bir ilantutanın ilan torbasını oğurlaması, ilanın oğrunu çalıb öldürməsi hekayəti
Yol yoldaşlarından birinin İsa Məsihdən sümükləri diriltməyi xahiş etməsi
Sufinin xidmətçiyə ulağıma yaxşı qulluq et deyərək məsləhət verməsi
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR