Slimfit
  1. İDMAN

Mourinyoya qeyri-adı cəza

Mourinyoya qeyri-adı cəza
Sakura

Mourinyoya qeyri-adı cəza

Londonun "Tottenhem" komandasının baş məşqçisi Joze Mourinyo İngiltərə çempionatının "Sautqempton"a qarşı matçında rəqibin komandanın məşqçi qərargahının üzvünün bloknotuna baxdığına görə sarı vərəqə alıb.

Teleqraf.com xəbər verir ki, baş məşqço pis hərəkət etdiyini etiraf edib: "Sarı vərəqəyə layiq idim", - Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında öz hərəkətini şərh edib.

Mourinyo noyabrın 20-dən "Tottenhem"ə başçılıq edir. Komanda onun rəhbərliyi altında İngiltərə çempionatında doqquz matç keçirib. Bu qarşılaşmalardan biri heç-heçə ilə nəticələnib, "Tottenhem" üç oyunda məğlubiyyətə uğrayıb, matçların beşində isə qələbə qazanıb.

"Tottenhem" səfər matçında "Sautqempton"a 0:1 hesabı ilə uduzub. Qarşılaşmada yeganə qolu 17-ci dəqiqədə meydan sahiblərini nheyətində Denni İnqs vurub. Bu, 27 yaşlı futbolçunun cari mövsümdə 13-cü qolu olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR