Slimfit
  1. GÜNDƏM

Moskvaya gedən Köçəryan niyə qəfil “xəstələndi”? - Şok səbəb

Moskvaya gedən Köçəryan niyə qəfil “xəstələndi”? - Şok səbəb
Sakura

Moskvaya gedən Köçəryan niyə qəfil “xəstələndi”? - Şok səbəb

Ölkənin düşdüyü vəziyyətlə bağlı təcili olaraq Moskvaya səfər etmək üçün hazırlıqlar görən Ermənistanın sabiq prezidenti Röbert Köçəryanın son anda, gözlənilmədən “xəstələnməsi” ciddi müzakirələrə səbəb olub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, ölkənin iqtisadi, siyasi xaos astanasında olduğu və ağır hərbi zərbələr aldığı bir vaxtda eks-prezidentlər Köçəryan və Levon Ter-Petrosyan Moskvaya danışıqlar aparmaq üçün getməklə bağlı razılığa gəlmişdilər.

Ancaq problemlər vardı: Köçəryan şərti azadlığa çıxmışdı və onun ölkədən çıxışına icazə yox idi. Ermənistan Baş naziri Nikol Paşinyan Köçəryanın səfərinə razılıq verəndən sonra bu gün Ali Məhkəmə təcili toplantı keçirərək, R.Köçəryanın ölkədən çıxışına bir həftəlik icazə verilməsi barədə qərar qəbul etdi. Bu qərarla dərhal Köçəryanın pasportu özünə qaytarıldı və o, artıq 7 noyabra qədər sərbəst hərəkət etmək hüququ qazandı.

Eyni zamanda xüsusi reys və digər hazırlıqlar da tamamlandıqdan sonra axşama doğru Köçəryanın Moskvaya gedə bilməyəcəyi barədə məlumat yayıldı. Köçəryanın ofisindən bildirildi ki, buna səbəb sabiq prezidentin “koronavirus testinin nəticələrinin müsbət çıxmasıdır”.

“Sabiq prezidentdə heç bir simptom yoxdur, özünü çox yaxşı hiss edir, ona görə də koronavirus testinin bu nəticəsi bizim üçün çox gözlənilməz oldu”, - deyə məlumatda qeyd edilib.

Köçəryanın bütün hazırlıqlarının qısa müddətdə tamamlanmasına baxmayaraq, son anda “koronavirusa yoluxması səbəbindən” səfərini təxirə saldığını açıqlaması isə birmənalı qarşılanmayıb.

Beləliklə, Köçəryanın son anda “xəstələnməsi”nin səbəbləri haqda ehtimallar ortaya çıxıb:

1. Ölkənin düşdüyü acınacaqlı vəziyyəti siyasi karyerasını bərpa etmək üçün fürsət bilən Köçəryan Moskva ilə danışıqlar aparmağa hazır olduğunu bildirərkən, belə sürətlə onun üçün bütün maneələrin aradan qaldırılacağına ümid bəsləmirmiş. O, yalnız Paşinyan administrasiyasının ona əngəllər yaradacağı və bundan siyasi manipulyasiya üçün istifadə edəcəyini hədəfləyirmiş. Ona görə də son anda özü koronavirus testinin pozitiv çıxmasının “qayğısına qalıb”.

2. Kremldə Köçəryanın “sürpriz səfərini” arzulamayıblar. Əvvəlcədən proqramlaşdırılmayan və nəzərdə tutulmayan görüşlər üçün Köçəryana razılıq verilməyib. Başqa sözlə desək, Kreml “Paşinyanın xilası üçün” Köçəryanın cəhdlərini dəstəkləməyib və ona “qırmızı işıq” yandırılıb.

3. Paşinyan “Soros planı”nı sona qədər icra etməkdə maraqlıdır və ölkəni hazırkı vəziyyətdən Köçəryanın çıxarmasını qətiyyən istəmir. Əgər Köçəryanın danışıqları nisbətən uğurlu alınsa, Paşinyan üzərində xalqın ciddi təzyiqini hiss edəcək, Köçəryanın siyasi karyerası isə çiçəklənməyə başlayacaqdı. Bu isə Paşinyanı hakimiyyətə gətirənlərin planlarına daxil deyil.

Bir qədər əvvəl də millət vəkili Zahid Oruc Ermənistan Baş nazirinin Kremli aldatması və NATO-ya məktub yazması ilə bağlı şok faktı açıqlayıb. Sözügedən məktubdan da görünür ki, Nikol Paşinyan Ermənistanın siyasi iqtisamətini tamamilə Qərbə döndərmək üçün Dağlıq Qarabağdan dolayısı ilə imtina etmək istəyib. Məqsəd isə ölkənin düşdüyü ağır vəziyyətə görə Rusiyanı ittiham etməklə, Ermənistanın Avropaya və NATO-ya inteqrasiya siyasətini tam açıq formada həyata keçirməkdir.

Rusiyanın qərb sərhədləri boyunca “məxməri inqilablar”la hakimiyyət dəyişiklikləri edib, ölkələri Rusiyanın təsirindən çıxaran “sorosçular” əslində ən ağır prosesi Ermənistanda həyata keçirirlər. Çünki bu ölkə iqtisadi baxımdan Rusiyanın birbaşa asılılığındadır, üstəlik, Ermənistanda rus hərbi bazaları mövcuddur. Ermənistanın sərhədlərini də Rusiya sərhədçilərinin qoruduğunu bura əlavə etsək, faktiki olaraq Rusiyanın bir əyaləti kimi mövcud olan Ermənistanın bu ölkənin təsir dairəsindən çıxarılması çox müşkül görünür.

Ancaq Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən bu istiqamətdə əhəmiyyətli addımlar ata bilib və İrəvanın Moskva ilə münasibətlərini xeyli gərginləşdirməyi bacarıb. İndi isə bu əlaqələri tamamilə kəsərək, Qərbə inteqrasiya siyasəti üçün son mərhələni başlatmaq lazımdır.

Köçəryanın pasportu verilmədiyi üçün Rusiya səfərindən qalması siyasi naşılıq olardı. Buna görə də Paşinyan onun pasportunu dərhal geri verdirir, onun üçün xüsusi reys ayırtdırır, ancaq son anda koronavirus testi “pozitiv” çıxası olur.

Əlbəttə, heç bir əlaməti olmadığı halda Köçəryan koronavirus testindən də “rəsmiyyət üçün” keçə bilərdi – zatən, bu ölkədə artıq gənclərin müharibəyə getməmək üçün pul müqabilində koronavirus testinin nəticələrini pozitiv yazdırdığı haqda kifayət qədər təsdiqlənmiş məlumatlar var.

Beləliklə, Ermənistanı fəlakətdən qurtarmaq üçün “Köçəryan ssenarisi” də alınmadı və yaxud “sorosçular” bu danışıqların başlamasına belə imkan vermədilər.

Versiyaların hansının doğru olmasından asılı olmayaraq, fakt ondan ibarətdir Ermənistanı siyasi-hərbi uçurumdan xilas etmək mümkün deyil və yaxud Paşinyan özü qəsdən bu ssenarini davam etdirməkdədir. Planın sonunda isə Rusiya bazalarının ölkədən çıxarılması, Kremlin bütün maraqlarının rədd edilməsi və NATO-nun Rusiyanın ən güvəndiyi ölkəyə yerləşdirilməsi mümkündür.

Görünür, bu ssenarini bildiyinə görə Vladimir Putin bölgənin problemlərinin həlli üçün “Moskva-Ankara-Tehran” formatını tətbiq etməkdə həvəsli görünür. Bu üçlük Qərbin bölgəyə müdaxiləsinin qarşısını ala, eyni zamanda bölgədə balans yarada bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR