Dərc edildi: Baxış sayı: 499
Moskvadan Ermənistan hakimiyyətinə xəbərdarlıq
Bu yaxınlarda işğal altında olan Qarabağdakı qondarma qurumun “rəhbərliyinə” namizədlər Masis Mayilyan və Samvel Babayanın Rusiya ilə problemi olduğu və onların Rusiya Federasiyasına girişinin 5 illik məhdudlaşdırılması barədə məsələ fəal müzakirə mövzusuna çevrilib.
Bu xəbər rəsmi olaraq təsdiqlənərsə, deməli, Rusiya bu addımı ilə hansı namizədin və ya namizədlərin onun üçün qəbuledilməz olduğuna münasibət göstərmək istəyir.
“Məsələyə daha qlobal baxsaq, bu yalnız Qarabağdakı ermənilərinin problemi deyil, həm də Ermənistan məsələsidir, çünki Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır və əgər Qarabağın Rusiya tərəfindən arzuolunmaz şəxs kimi tanınan bir “rəhbəri” olarsa, bu həm də İrəvan üçün problem olacaq”, - deyə Ermənistanın “Politik.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Əgər səmimi olsaq, o halda Mayilyanın Rusiya Federasiyasına girişinin məhdudlaşdırılması gözlənilən idi, çünki onun adı indiki Ermənistan hökumətinin fraksiyalarından biri olan şərti olaraq sorosçu qolu ilə əlaqələndirilir.
Mayilyan sözdə dağıdıcı sorosçu, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən dəstəklənir.
Xatırladaq ki, Rusiya mediası Moskva üçün arzuolunmaz məmurların adlarını dərc etdiyi hakimiyyət dəyişikliyindən sonra Armen Qriqoryanın adı birinci yerdə idi. Təsadüfi deyil ki, hətta o dövrdə məxfi məlumatlardan qorunmasının lazım olduğu, Ermənistandakı rus bazası barədə məlumat olduğu yerlərdən Armen Qriqoryanın uzaq durması barədə rusların xüsusi vurğulaması haqqında mediada məlumatlar yayılmışdı.
“Əlbətdə ki, oxucu anti-rus meyilli Armen Qriqoryanın gözlənilməz transferini və onun rus meyilli olmasını xatırlayır, amma demək olar ki, Moskva onun göz yaşlarına bir o qədərdə inana bilmir və Ermənistan TŞ katibi ilə də problemlərinin yaranacağı günün də uzaq olmadığına işarə edərək, himayə etdiyi şəxsin vasitəsilə münasibət bildirib. Bu da Ermənistana problem yarada bilər. İrəvan üçün Qarabağa Moskvaya məqbul olacaq bir “rəhbər”in seçilməsi çox arzuolunanadır, çünki klassikin dediyi kimi Qarabağ məsələsinin həll edilməsi açarları Moskvadadır”, - deyə nəşr qeyd edib.

Mənbə: Ordu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət