Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Moskvadan Bakıya ilginc rus dili təklifi: Bizim cavabımızı gözləyirlər

Moskvadan Bakıya ilginc rus dili təklifi: Bizim cavabımızı gözləyirlər
Sakura

Azərbaycan məktəblərinin rus bölmələrinin müəllimləri rusiyalı həmkarlarından kömək istəyiblər

Rusiya özünün ana dili müəllimlərini Azərbaycana ezam edə bilər. Bunu Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini Liliya Qumerova deyib. O bildirib ki, bu, iki ölkə arasında humanitar sahədə əməkdaşlığa daiq razılıq əldə olunacağı təqdirdə mümkündür.

Qeyd edək ki, sentyabrın 1-dən etibarən Tacikistan məktəblərində rusiyalı müəllimlər dərs deməyə başlayıb. Azərbaycan məktəblərinin rus bölmələrində də tacik məktəbləri ilə oxşar problemlər var. Burada rus bölmələrində ya müəllimlər çatışmır, ya da müəllimlərin səviyyəsi aşağıdır.

Bu günlərdə Sputnik Azərbaycan-ın redaksiyasına bir neçə valideyn müraciət edərək uşaqlarını rus bölmələrinin 1-ci sinfinə qoymaq istədiklərini, lakin müəllim çatışmazlığı ucbatından bunun mümkün olmadığını bildiriblər. Eyni zamanda, təhsil sahəsinin mütəxəssisləri qeyd ediblər ki, vaxtilə rus bölmələrində dərs deyən müəllimlərin çoxu ya pensiyaya çıxıb, ya da vəfat edib. Cavan müəllimlərinsə sayı həm azdır, həm də onlar Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmə zamanı aşağı nəticə göstərirlər.

Bu problemi Azərbaycanın təhsil işçiləri Rusiya məmurlarının da diqqətinə çatdırıblar. Qumerova bildirib ki, 2018-ci ilin aprelində Azərbaycan Respublikası Prezident seçkiləri lə bağlı Bakıda olub və həmin vaxt burada məktəblərə də baş çəkib. Onda başa düşüb ki, burada rus pedaqoqlara çox böyük ehtiyac və maraq var. Bu barədə ona məktəblərin rus bölmələrində işləyən müəllimlər bildiriblər.

Rusiyalı məmur izah edib ki, ölkəsindəki müəllimlərin bura ezam olunması ilə bağlı layihəni həyata keçirmək üçün Azərbaycan tərəfi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya məktubla müraciət etməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevaya müraciət ünvanlamalıdır.

"Düşünürəm ki, Tacikistankı layihəyə bənzər layihə həyta keçiriləcəyi təqdirdə Azərbaycana getməyə hazır olan insanlar tapılacaq. Bunun üçün iki tərəf arasında razılaşma imzalanmalıdır. Lakin hələlik bu məsələ hansısa komissiyalar arasında müzakirə edilməyib" — deyə komitənin sədr müavini bildirib.

Bu gün Tacikistan postsovet məkanında rusiyalı pedaqoqlara ehtiyacı olan yeganə ölkə deyil. Analoji təkliflə MDB-nin digər dövlətlərindən də təkliflər səsləndirilir.

Yeri gəlmişkən, Tacikistana sözügedən problemlərlə əlaqədar olaraq 50 müəllim göndərilib. Onlara ölkənin orta aylıq əməkhaqqı veriləcək. Əlavə olaraq Rusiya hər bir müəllimə 70 min rubla yaxın pul ödəyəcək. Bununla yanaşı, tacik tərəfi rus pedaqoqları zəruri olan hər şeylə təchiz olunmuş mənzillərlə təmin edəcək.

Sputnik Azərbaycan əməkdaşı Rusiya tərəfinin təklifinə necə yanaşdıqlarına, bunun mümkün olub-olmadığına dair münasibət öyrənmək məqsədilə Azərbaycan Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Lakin təəssüf ki, nazirliyin mətbuat xidməti heç bir halda sualımıza cavab verməyə səy göstərməyib.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Asif Cahangirov qeyd edir ki, Azərbaycana Rusiyadan rus dili müəllimlərinin gətirilməsi məsələsi birbaşa Təhsil Nazirliyini maraqlandıran məsələdir: "Əlimdə ölkədə rus dili müəllimlərinə olan ehtiyacın statistikası olmadığı üçün bu barədə geniş danışa bilmirəm. Amma düşünürəm ki, bizim Slavyan Universitetimiz var. Universitetin imkanları və potensialı var ki, kifayət qədər mütəxəssislər yetişdirsin".

Digər təhsil eksperti Kamran Əsədovun sözlərinə görə isə, bu təcrübədən həmişə istifadə olunub: "Bu gün də ayrı-ayrı ali məktəblərdə mühazirə oxumaq üçün dünyanın nüfuzlu ali məktəblərindən tanınmış alimlər dəvət olunur. Belə ki, hər gələn alim, mütəxəssis özü ilə tarixi təcrübə, dünyagörüşü gətirir. Bu baxımdan, bu cür dəvətlər çox əhəmiyyətlidir".

"Ancaq son illər müəyyən sahələrdə mükafat almış alimlər var. Bilirsiniz ki, mükafatların ən populyarı Nobel mükafatıdır. Əgər Nobel mükafatı almış öz ölkəsində Rusiyada tanınmış mütəxəssis bizim orta məktəbdə gəlib kimya, fizika, biologiyya fənlərindən danışacaqsa, rus dili və ədəbiyyatı barədə məlumat verəcəksə bu, yaxşı haldır. Çünki o, ölkəsinin nüfuzlu mütəxəsisidir" — deyə K.Əsədov vurğulayıb.

O, hesab edir ki, bu gün bizim orta məktəblərimizdə informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin dəvət olunmasına ehtiyac var: "Fikrimcə, Rusiyadan mütəxəssislərin tədrisə cəlb olunması digər fənlər üçün uğurlu nəticələnməyəcək. Məsələn, tarix və ya ədəbiyyat fənlərində həmin mütəxəssislər nəyi öyrədəcəklər, yeri gələndə rusun tarixini və ədəbiyyatını yaxşı bilirik. Bu baxımdan, yalnız texnologiyalar və kimya, fizika, biologiya sahəsi üzrə mütəxəssislər dəvət oluna bilər".

Bundan başqa mütəxəssisin sözlərinə görə, ibtidai siniflərdə ölkəmiz üçün strateji əhəmiyyət daşıyan məlumatlar var: "Bu, təhsilin bünövrəsidir. Əlbəttə ki, bütün məlumatların onların diktəsi ilə verilməsinə imkan vermək olmaz. Amma dilin tələffüs, ifadə formaları üçün bunun əldə edilməsi effektiv olardı. Burda rus dilində düzgün yazı qaydaları, düzgün tələffüs normaları öyrədilə bilər".



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR