Moskvada “Xəzər dialoqu” forumu keçiriləcək
Noyabrın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində “Xəzər dialoqu-2018” beynəlxalq iqtisadi forumu keçiriləcək.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Rusiya Xarici İşlər Nazirliyi nəzdindəki Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda baş tutacaq.
Tədbirdə Xəzəryanı ölkələrin rəsmiləri, işgüzar və elmi dairələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Forumun gündəminə regionun mühüm məsələlərinin həllində Xəzəryanı ölkələr arasındakı əməkdaşlığın təcrübəsi, elmi tədqiqat layihələrinin və innovasiyaların hazırlanması və tətbiqində beynəlxalq əməkdaşlıq, kadr hazırlığı məsələləri, regionun tranzit və ixracat potensialı ilə bağlı məsələlər salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət