Slimfit
  1. DÜNYA

Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb

Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb
Sakura

Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb

Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində saxlayıblar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib. Bildirilir ki, artıq onlarla müstəntiqlər məşğul olurlar.

Həmçinin qeyd olunur ki, şübhəlilər Ukrayna ilə sərhədin yaxınlığında saxlanılıblar.

“Telegram” kanallarında saxlanılan daha bir şübhəlinin şəkli yayılıb:

İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça bilib. Qaçan şəxslərin kimliyi məlum olub.

Bunların:

Məhmədrəsul Nəsridinov -  37 yaş;

Rivojidin İsmonov - 51 yaş;

Şoxinjon Safolzoda - 21 yaş;

Rüstəm Nəzərov - 29 yaş olduğu bildirilir. Onların hamısının Tacikistan vətəndaşları olduğu deyilir.

Hazırda onların terror aktında iştirakları yoxlanılır.

Qaçan dörd nəfərin axtarışına başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR