Dərc edildi: Baxış sayı: 902
Moskvada Qarabağ atları ilə bağlı sərgi keçiriləcək
Aprelin 26-da Rusiyanın paytaxtı Moskva şəhərində Qarabağ atları ilə bağlı sərgi keçiriləcək.
"Report"un Rusiya bürosunun məlumatına görə, “Günəş və işıq atları. Dirçəliş” adı altında baş tutacaq tədbirin müəllifi latviyalı rəssam Daçe Ştrausdur.
Sərgi Moskvanın Kuncovo rayonunda yerləşən “Vegas” Ticarət və Əyləncə Mərkəzində keçiriləcək və hər kəsin ziyarətinə açıqdır.
İqbal Rüstəmov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət