Dərc edildi: Baxış sayı: 672
Moskvada “narıncı” hava xəbərdarlığı elan edildi
Güclü yağış səbəbindən Moskvada hava şəraitinin “narıncı” səviyyəsi elan edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytı xəbər verib.
“Bəzi yerlərdə leysan, güclü yağış olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
Nəşr qeyd edir ki, xəbərdarlıq müddəti avqustun 21-i saat 00:00-dək davam edəcək.
Qeyd edək ki, “narıncı” səviyyə - hava təhlükəsinin üçüncü səviyyəsidir. Bu səviyyədə təbii fəlakətlərdən əhaliyə və obyektlərə zərər dəyməsi ehtimalı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət