Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
Rusiyanın paytaxtı Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən "Report"a verilən məlumata görə, tədbirdə qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclasda Şuranın 68-ci iclasında qəbul edilmiş qərarların icrası, həmçinin 2018-ci ilin ilk 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, beynəlxalq sərnişin daşımalarında görülmüş işlərin nəticələri, 2018-2019-cu illər üçün beynəlxalq istiqamətdə qatarların hərəkət cədvəlinin tərtibi, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, 2018-ci ilin may ayında yük qatarlarının siyahıyaalınmasının nəticələri və ötən ay konteynerlərin siyahıya alınmasının ilkin nəticələri, bu ilin ilk 9 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, 2019-cu fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı, 2019-cu il üçün dəmir yolu nəqliyyatı şurası müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2019-cu il üçün xərclər smetası, 2019-cu ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması və Şuranın 70-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə edilib.
İclasın sonunda yekun protokol imzalanıb.
Xatırladaq ki, ADY 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət