Dərc edildi: Baxış sayı: 528
Moskvada Liviya ilə bağlı danışıqlar başladı
Moskvada Liviyadakı situasiya ilə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində paylaşıb. O, görüşdə xarici işlər və müdafiə nazirlərinin iştirak etdiyini bildirib.
Nazirlərin görüşündən sonra Liviya nümayəndə heyətlərinin görüşə qatılacağı vurğulanıb.
Qeyd edək ki, bu gün Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac Moskvaya səfər edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət