Dərc edildi: Baxış sayı: 516
Moskvada koronavirusdan ölənlərin sayı 100-ü ötdü
Rusiyanın paytaxtı Moskva şəhərində daha 11 nəfər koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da koronavirusdan dünyasını dəyişənlərin sayı 106 nəfərə çatıb.
Həmin şəxslərdə pnevmoniya və koronavirusun olması təsdiqlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət