Slimfit
  1. MƏDƏNİYYƏT

Moskvada keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına yekun vurulub

Moskvada keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına yekun vurulub
Sakura

Moskvada keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına yekun vurulub

Rusiyanın paytaxtı Moskvada keçirilən 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgi-yarmarka müddətində stendimiz maraqla qarşılanıb, milli nəşrlərimizlə tanış olan ziyarətçilərə kitablar, müxtəlif təbliğat materialları hədiyyə olunub. Stendimizə yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız da böyük maraq göstərib.

Stendimizdə Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr müavini-layihələr departamentinin rəhbəri Tatyana Fyodorova, Assambleyanın Media Mərkəzinin rəhbəri Lyubov Yelkina və Assambleyanın Şuralarla iş rəhbəri İrina Polyakova ilə görüş keçirilib. Görüşdə 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunmaqla yanaşı, Assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülüb.

Sərginin yekununda iştiraka görə stendimiz diplomla mükafatlandırılıb.

Qeyd edək ki, sərgi-yarmarkada yer alan stendimizdə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərin ixtiyarına verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR