Dərc edildi: Baxış sayı: 569
Moskvada ermənilər və azərbaycanlılar arasında baş verən davadan sonra 25 nəfər saxlanılıb
Hadisə ilə bağlı Rusiya federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə iki cinayət işi açılıb
Moskva polisi Marino rayonunda Azərbaycan və Ermənistan vətəndaşları arasında baş verən dava ilə bağlı 25 nəfəri saxlayıb. Hadisə ilə bağlı Rusiya federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə iki cinayət işi açılıb.
Ens.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxslərin etnik mənsubiyyəti barədə məlumat verilmir. Ancaq onların Rusiyadan ekstradisiyası ehtimalı barədə xəbərdarlıq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət