Moskvada Azərbaycan xalçaları sərgisi açıldı
Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi açılıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, ekspozisiyada tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyi əks olunub.
Sərgidə 40 eksponat nümayiş etdirilir, bunlar arasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərin xalçaları, Mərcani Fondu tərəfindən təqdim olunan plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid inqilabi naxışlar və eskizlər var. Bunlar ilk dəfə nümayiş etdirilir.
Sərgi Rusiya və Azərbaycan Mədəniyyət nazirlikləri tərəfindən Şərq Muzeyi, Azərbaycan Xalça Muzeyi, Mərcani Fondu və digərlərinin dəstəyi ilə təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət