Slimfit
  1. DÜNYA

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Sakura

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Moskva şəhərində Rusiyanın Azərbaycan İcmasının rəhbəri, akademik Fazil Qurbanovun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirilib.

Report”un Rusiya bürosu xəbər verir ki, Azərbaycan və Rusiyanın tanınmış ictimai və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasim 20 Yanvar şəhidlərinin xatirəsinə asılmış lövhənin qarşısına gül-çiçək qoyulması ilə başlayıb.

Daha sonra Fazil Qurbanov Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib: “Bütün bu hadisələri danışmaq istəmirəm, hər şeyi gözəl bilirsiniz, yəni dinc sakinləri, günahsız insanları gülləbaran edirdilər. Amma bu gün Azərbaycan inkişaf edir, Azərbaycan bütün dünyada nüfuz sahibi olan suveren dövlətdir. Bu da Azərbaycan xalqına əl qaldırmağı cürət edənlərə ən tutarlı cavabdır”.

O həmçinin 20 Yanvar hadisələrini Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi, millətin birlik və həmrəylik ifadəsi kimi səciyyələndirib.

Tarix elmləri namizədi Manaf Ağayev də faciəli hadisələrin səhərisi günü indi Azərbaycanın Rusiyadakı səfirliyi yerləşdiyi binaya ailəsi ilə birlikdə gələrək törədilən qırğına qarşı qəti etirazını bildirən Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin cəsarətinə şahid olduğundan bəhs edib:

“Heydər Əliyev ümummilli lider kimi Azərbaycanın o vaxt hələ elan olunmamış müstəqillik tarixinə ilk səhifəni yazıb. O hadisələrə lazımi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, həmin faciə SSRİ-nin Azərbaycan xalqına qarşı hərbi təczvüzü kimi dəyərləndirildi”.

Şair və publisist İlham Bədəlbəyli də şəhidlərə həsr etdiyi şerindən bir parçanı oxuyub.

Daha sonra Moskvanın və Rusiya regionlarının azərbaycanlı diasporu nümayəndələri də ürək sözlərini söyləyiblər.

Sonda şəhidlərin ruhuna dualar oxunub.

İqbal Rüstəmov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR