Slimfit
  1. DÜNYA

Moskva yenidən PUA hücumuna məruz qaldı

Moskva yenidən PUA hücumuna məruz qaldı
Sakura

Moskva yenidən PUA hücumuna məruz qaldı

Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  Moskva sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat veriblər.

Paytaxt meri Sergey Sobyanin rəsmi Teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.

“PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, - mer bildirib.

Moskvanın hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

"Moskva hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - mənbə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR