Slimfit
  1. DÜNYA

Moskva və Ankara üçün həyəcan siqnalı... - Rus ekspert

Moskva və Ankara üçün həyəcan siqnalı... - Rus ekspert
Sakura

Moskva və Ankara üçün həyəcan siqnalı... - Rus ekspert

Moskva və Ankara İdlib bölgəsində gərginliyin daha da dərinləşməməsi üçün səy göstərəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Yelena Suponina deyib.

“Son hadisələr dönüş nöqtəsinə qədər gəlib çıxıb. Gərginlik artır, lakin bu gərginliyin azaldılması yönündə səylər göstərildiyinə dair məlumatlar da var. İran indi müəyyən razılaşmanın əldə olunması üçün cəhdlər edir. Hətta gündəmdə Rusiya, Türkiyə və İranın iştirakı ilə üçtərəfli sammitin keçirilməsi məsələsi də var. Lakin bu barədə danışmaq olduqca tezdir. Çünki belə görüşün baş tutması üçün lazımi hazırlıqlar görülməlidir”, - ekspert bildirib.

Suponina əlavə edib ki, Rusiya və Türkiyə arasında hər sahədə, xüsusən iqtisadi sferada əldə edilmiş güclü əməkdaşlığa baxmayaraq, baş verən son proseslər hər iki tərəf üçün həyəcan siqnalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR