Slimfit
  1. İDMAN

Moskva Konor Makqreqoru belə qarşıladı

Moskva Konor Makqreqoru belə qarşıladı
Sakura

Moskva Konor Makqreqoru belə qarşıladı

Dünya şöhrətli döyüşçü Konor Makqreqor Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədir.

Oxu.Az xəbər verir ki, enerjisi bitib-tükənməyən, dəbdəbəli həyat tərzi keçirən Konor ilk mətbuat konfransından sonra cangüdənləri, meneceri və həyat yoldaşı ilə birlikdə paytaxtı gəzmək qərarına gəlib.

“Ostankino”da məşhur bir televiziya şousunda iştirak etdikdən sonra irlandiyalı döyüş ustası Moskva ilə tanışlığını davam etdiyi vaxt paparatzilər onu gözdən kənar qoymayıblar. Onu görən ətrafdakı insanlar isə Konorun hər addımını diqqətlə izləyib, onunla şəkil çəkdirmək üçün sıraya düzülüblər.

Lakin cangüdənlər Makqreqora yaxınlaşmağa icazə vermədikləri üçün tamaşaçılar döyüşçünü yalnız kənardan izləməklə kifayətləniblər. Məşhurun əhvalının yerində olması bir çox kadrlarda aydın görünüb. Döyüş ustası Konor Makqreqorun hələ bir neçə gün Moskvada qalacağı barədə məlumat verilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR