Moskva İrəvan və Bakının Qarabağ üzrə bəyanatının qəbul edilməsinı elan etdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, sənədin iki variantı nəzərdən keçirilir: ancaq həmsədrlərlə və ya Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərinin iştirkakı ilə (3+2 formatı).
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri dağlıq Qarabağın həlli üzrə razılaşdırılmış bəyanatı planlaşdırırlar. Bu barədə 5 dekabr ənənəvi brifinqinin gedişatında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Milanda ATƏT XİNŞ-nın açılışı ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin dağlıq Qarabağın həlli üzrə görüşü planlaşdırılıb (Rusiya, ABŞ, Fransa; Rusiya tərəfindən - xüsusi tapşırlıqlar üzrə səfir İqor Popov). Müvafiq anonsu 3 dekabr tarixində tərəflər verib. Dağlıq Qarabağın həlli üzrə bəyanatın təsdiqlənməsi planlaşdırılır”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, sənədin iki variantı nəzərdən keçirilir: ancaq həmsədrlərlə və ya Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərinin iştirkakı ilə (3+2 formatı).
“Mən düşünürəm ki, nəticələr barədə sizi kifayət qədər ətraflı məlumatlandıracaqlar”, - Zaxarova əlavə edib.
Mənbə: Regnum.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət