Dərc edildi: Baxış sayı: 903
Monteneqro Prezidenti ölkəsinin koronavirusa qalib gəldiyini bəyan edib
“Monteneqro koronavirusa uğurla qalib gəlib, ölkədə qeydə alınmış yoluxma qalmayıb”.
Ens.az APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkə başçısı Milo Cukanoviç özünün "Twitter" səhifəsində yazıb.
Prezident uğurlu nəticənin Monteneqro dövlət orqanlarının və cəmiyyətin yüksək məsuliyyəti sayəsində əldə edildiyini vurğulayıb.
Monteneqronun İctimai Sağlıq İnstitutunun bazar günü verdiyi məlumatda ölkədə 68 gün ərzində ilk dəfə COVİD-19-a yoluxma qeydə alınmadığı, virusa yoluxmuş bütün xəstələrin sağaldığı deyilir.
Monteneqro Səhiyyə Nazirliyi isə pandemiya başlayandan 324 nəfərin virusa yoluxduğunu, 9 vətəndaşın öldüyünü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət