Dərc edildi: Baxış sayı: 741
"Monako"da növbəti dəfə COVID-19 aşkarlandı
Fransanın "Monako" futbol klubunda koronavirusa yoluxma aşkarlanıb.
Ens.az xəbər verirki,bu barədə "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, futbolçulardan birində COVID-19 testinin nəticəsi müsbət olub. Həmin oyunçunun adı açıqlanmır.
"Monako"da bildiriblər ki, oyunçunun xəstəliyi simptomsuzdur. O, indi karantində, həkimlərin müşahidəsi altındadır.
“Monako” Fransanın I Liqasında üç matçdan sonra yarış cədvəlində üçüncü yer tutur. Komandanın aktivində yeddi xal var.
Xatırladaq ki, daha əvvəl "Monako" klubunun baş məşqçisi Niko Kovaçda da koronavirus aşkarlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət