Dərc edildi: Baxış sayı: 4520
“Mona Liza” haqqında 10 maraqlı fakt - Siyahı
"Mona Liza" ("Cakonda"; italyanca La Gioconda, fransızca La Joconde, şəklin tam adı — " Xanım Liza Cakondanın portreti", italyanca Ritratto di Monna Lisa del Giocondo) — Leonardo da Vinçinin çəkdiyi şəkil, Parisdə Luvrda saxlanılır, dünyada ən məşhur və mükəmməl rəsm əsərlərindən biri sayılır.
Leonardo da Vinçinin çəkdiyi bu rəsm əsərində əks edilmiş "sirli təbəssüm" bu gün də mütəxəssisləri və sənətsevərləri valeh edir, təsviri sənət möcüzəsi hesab olunur.
Rəssam tablonu 1503-cü ildə çəkməyə başlayıb və onu bir neçə ildən sonra tamamlayıb.
"Mona Liza" hazırda Parisdəki Luvr muzeyində nümayiş olunur.
Əsərin təhlükəsizliyi xüsusi X şüası sistemiylə qorunur.
"Mona Liza" əsərində təsvir edilmiş şəxsin prototipi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Leonardonun bioqrafyasını yazan Vasari Mona Liza əsərində təsvir edilən qadının tanınmış əsilzadələrdən olan Françesko del Giokondonun həyat yoldaşı olduğunu güman etmişdir.
Mona Liza rəsmində qadının sifətində qaş və kirpikləri də daxil olmaqla heç bir tük yoxdur.
Bəzi tədqiqatçılara görə, Da Vinçi həmin dövrün dəbinə uyğun olaraq "Mona Liza"nı qaşsız və kirpiksiz çəkib. Lakin 2007-ci ildə fransız mühəndis Paskal Kotte bəyan etdi ki, "ultra high resolution scan" zamanı "Mona Liza"nın əslində qaş və kirpiklərlə təsvir olunduğu müəyyən edilib.
Çox güman ki, onlar zamanla bərpaetmə və təmizləmə proseslərində itib.
Maraqlı faktlar
1. "Mona Liza"nı fransızlar "La Joconde", italyanlar isə "La Gioconda" olaraq adlandırır, yəni "Madonna Liza"nın qısaltması. Bu da "Leydim Liza" deməkdir.
2. "Mona Liza"nın gerçəkdə kim olduğu hələ də sirdir. Ancaq tarixçilər onu florensiyalı iş adamı olan Françesko del Giokondonun yoldaşı Liza del Giokondo olduğuna inanır.
3. Digər nəzəriyyələrə görə, Da Vinçinin anası, Məryəm Ana, həyat yoldaşı və hətta Da Vinçinin özüdür.
4. Da Vinçi tablonu 1503-1506-cı illər arası çəkib. Şəkilə aşiq olduğu sanılan Da Vinçi, tablonu Françesco del Giokondoya vermək yerinə Fransaya qaçırıb.
5. Fransız İnqilabına qədər bir çox fransız krallarının sarayında asılan tablo Napolyonun aşnası Cozefinanın yataq otağını da bəzəyib.
6. 1804-cü ildən bəri Luvrda sərgilənən "Mona Liza"nın qaşı yoxdur. Qadınların qaşlarını taraş etməsi 16-cı əsr Avropasında məşhur ənənə idi.
7. Luvrda 6 min tablo olmasına baxmayaraq ziyarətçilərin 95%-i ilk iş olaraq 77 sm x 53 sm ebatlarındakı bu kiçik tabloya baxmaqa qaçır.
8. Saatda 1500 adamın ziyarət etdiyi tablo sabit 20 dərəcə istilikdə 3 qat şüşənin arxasında qorunur. Muzey isə hər il 330 min "Mona Liza" mövzulu məhsul satır.
9. Tablo 1911-ci ildə oğurlanıb. 2 il sonra yaradıldığı yer olan Florensiada tapılıb. Soyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pikasso da vardı.
10. Yağlı boyalı tablo ildə bir dəfə təmizlənir. "Mona Liza"nın ziyarətə açıq olmadığı o gün Luvr Muzeyinin ən sakit günü olur.
Mənbə : Paraf.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət