Slimfit
  1. CƏMİYYƏT

"Möminlərimizin bir qismi İran kəşfiyyatına xidmətə cəlb edilib" - Deputat

"Möminlərimizin bir qismi İran kəşfiyyatına xidmətə cəlb edilib" - Deputat
Sakura

"Möminlərimizin bir qismi İran kəşfiyyatına xidmətə cəlb edilib" - Deputat

Son dövrlər İranın ölkəmizə qarşı təxribatlaranın ardı-arası kəsilmir. Demək olar ki, hər gün İrana casusluq edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, son dövrlərdə Azərbaycanda şəbəkələşmiş İran kəşfiyyatına qarşı, onların ifşa olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi çox mühüm bir addımdır.

Onun sözlərinə görə, istər dini-ideoloji istiqamətlər, istər terror şəbəkəsi, istərsə də ayrı-ayrı sifarişli siyasi qətllər törədilməsi üzrə cinayətkarlar bir-bir Azərbaycanın çox peşəkar təhlükəsizlik xidməti orqanları tərəfindən ifşa olunur:

"Bu, çox ciddi bir məsələdir. Çünki dövlətçiliyimizin əsasları möhkəmlənir. Çox sevindirici haldır ki, 30 il ərzində İranın qurduğu və ifşa olunması mümkün hesab etmədiyi dərin şəbəkə çox böyük məharət, peşəkarlıqla Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunur və onlar haqqında tədbirlər görülür. Onlar məsuliyyətə cəlb edilirlər. Mən düşünürəm ki, buna baxmayaraq, hələ bir müddət yenə biz bu qruplaşmalara qarşı mübarizə aparmalı olacağıq. Çünki 30 ildə Azərbaycan dövlətçiliyinə qarşı, bizim milli təhlükəsizliyimizə qarşı formalaşdırılmış bu şəbəkə bir neçə gündə və yaxud bir neçə ayda ifşa edilib bitəcək şəbəkə deyil. Amma əsas odur ki, istiqamət düzgün götürülüb, düzgün müəyyənləşdirilib və ayrı-ayrı kateqoriyalar üzrə şəbəkə ifşa edilməkdədir. Biz bilirik ki, ikinci istiqamət dini ideologiya adı altında İran tərəfinin Azərbaycan möminləri arasında uzunmüddətli və gec partlayacaq ideoloji minalar yerləşdirməsidir. Mən bunu belə adlandırardım. Çünki müstəqilliyimizin ilk illərində dini təhsillə bağlı İrana müraciət edən onun müxtəlif şəhərlərində, xüsusən Qumda təhsil alan dindarların, möminlərimizin bir qismi çox təəssüf ki, yenə də İran kəşfiyyatına xidmətə cəlb edilibdir".

Millət vəkilinin fikrincə, bununla bərabər Azərbaycanda sevindirici haldır ki, dindən, həqiqi islamdan sapmayan, İranın dini radikalizm ideologiyalarına uymayan çox yaxşı möminlərimiz də var.

"Onlar daha çox olduğuna görə İranda dinimizi radikalizə etmək istəyən ayrı-ayrı şəbəkələşmiş ideoloji terrorçular Azərbaycanda güclü fəaliyyət göstərə bilmirlər, baxmayaraq ki, İran tərəfindən təhrik edilirlər. Ona görə də şübhəsiz ki, burada çox həssas və diqqətli bir şəkildə fars şovinizmini və yaxud dini radikalizmi, dini terrorizmi İslam adı altında bizim məscidlərimizdə, mərasimlərimizdə təbliğ edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Bunların içərisində, şübhəsiz ki, imamlar da var. Artıq həyata keçirilmiş əməliyyatlardan aydın görünür ki, onların sayı az da deyil. Ona görə də ilk növbədə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə imamların artıq təyin olunmasında yeni qaydalar müəyyənləşdirilib. Azərbaycanda təhsil alan, dini dərindən mənimsəyən və İslamın həqiqi fəlsəfəsini mərasimlərdə ayinlər vasitəsilə möminlərimizə düzgün çatdıracaq dini liderlər formalaşıblar. Biz onlara imam deyirik. Düşünürəm ki, həmin imamlar və yaxud digər din xadimləri, Azərbaycanda təhsil alan, ya da başqa yerdə təhsil alıbsa belə, həqiqi dini təbliğ edən imamlardan təyin olunmalıdır ki, İran kəşfiyyatının şəbəkəsi get-gedə daralsın və sıradan çıxsın" - deyə H.Babaoğlu vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR