Slimfit
  1. TƏBİƏT

Molyusklar

Molyusklar
Sakura

Molyusklar

Molyusklar (lat. Mollusca) ilkağızlılar yarımbölməsinə aid heyvan tipi.

Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. Bədən manti adlanan nazik dəri ilə örtülür. Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir. Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır.

Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir. Mytilaster lineatus növü Xəzərə 1928-ci ildə Qara dənizdən gəmilərlə gəlmişdir. Gəmilər Xəzərə Batumi şəhərindən dəmir yolu ilə gətirilmişdir. Dəniz suyunun təmizlənməsində süzgəc kimi mühüm rolu vardır. Bioloji örtüklərin əmələ gəlməsində böyük əhəmiyyətə malikdir. 1959- cu ildə Şimali Xəzərdə Hypanis colorata ilbizi qeydə alınmışdır. Bu növ Xəzərə Azov dənizindən gəlmişdir. 1939-1940-cı illərdə rus alimi L.A. Zenkeviç rəhbərliyi altında Xəzərə Abra ovata iqlimləşdirilmişdir. Bu növ də Xəzərə Azov dənizindən gətirilmişdir. Hazırda abra ilbizinə dənizin bütün sahələrində rast gəlinir və bentik heyvanlar arasında biokütləcə mühüm rol oynayır. Abra ilbizi nərə və uzunburun balıqların qidasında mühüm rol oynayır. Cerastoderma ilbizi də geniş yayılmışdır. Xəzərdə onun 2 növü var (C.rhombodies, C.isthmicum) vardır. Ehtimal ki onlar Xəzərə Xvalın dövründə Qara dənizdən gəlmişlər. Xəzərdə dreyssena ilbizi də geniş yayılmışdır. Molyuskalar yosunlar və üzvi çürüntülərlə qidalanırlar, özləri isə balıqların qidasında mühüm rol oynayırlar.

 

Təsnifatı

  • Çökükquyruqlar (Caudofoveata)
  • Qarnışırımlılar (Solenogastres)
  • Zirehli molyusklar (Polyplacophora)
  • Monoplakoforlar (Monoplacophora)
  • İkitaylılar (Bivalvia)
  • Kürəkayaqlılar (Scaphopoda)
  • Qarınayaqlılar (Gastropoda)
  • Başıayaqlılar (Cephalopoda)
  •  Rostroconchia

 

  •   Osminoq
  •   Sədəf ilbizi
  •   Müxtəlif ilbiz çanaqları
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR