Dərc edildi: Baxış sayı: 763
Molla Vəli Vidadi - Söylə cananə, səba, halım pərişan oldu, gəl
Söylə cananə, səba, halım pərişan oldu, gəl!
Çıxdı can, sud etmədi hər necə derman oldu, gəl!
Qasidi-bisidqe addanma, yetir, hal özgedir,
Türfə şivənlər qopub üstümde efğan oldu, gəl!
Enmədən sinə vücudum, doldu qəbrim qan ilə,
Gördüyün nazik bodən xak ilə yeksan oldu, gəl!
Rəkti-tərdən incinən tən həmdəm olmuş marilə,
Üz tutub qanncalar yollara karvan oldu, gəl!
Gördüyün zahir ələm tək şənü şövkət sahibi
İndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl!
Neçələr giryan olubdur bu Vidadi xestə tək,
Didələr giryan olub çaki-giriban oldu, gəl!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət