Slimfit
  1. ƏDƏBİYYAT

Molla Vəli Vidadi - Gəl, könül , bir ibrət al,bu gərdişi dövranə bax

Molla Vəli Vidadi - Gəl, könül , bir ibrət al,bu gərdişi dövranə bax
Sakura

Molla Vəli Vidadi - Gəl, könül , bir ibrət al,bu gərdişi dövranə bax

Gәl, könül, bir ibrәt al, bu gәrdişi-dövranә bax!
Cami-heyrәtdәn dәmi mәxmur olub, mәstanә bax!
Tut tәfәkkür damәnin, bir dәm dili-heyranә bax!
Kimsәyә qılmaz vәfa, bu dәhri-bipayanә bax!
Olma mәmurinә rağib, axiri viranә bax!

Bivәfadır mülki-dünya, malına aldanma çox,
İzzü cahü dövlәtü iqbalına aldanma çox,
Tutma ümmid, әqlü fәhm әhvalına aldanma çox,
Qövmü qәrdaşü rәfiq әqvalına aldanma çox,
Hәr biri bir rәmz ilә sәndәn olur biganә, bax!

Şәrhi bimümkün gәlib getmiş cahana çox hümam,
Hәr biri әsrindә bir sahibhünәr, alimәqam,
Şah ola, istәr gәda, divanә ya әhli-nizam, 
Yetmәmiş mәqsudinә alәmdә heç әrbabi-nam,
Cümlәsin mәqtul edib, bu bisәrü samanә bax!

Dinlә, ey tüğyani-möhnәt, bir hekayәt söylәyim,
Didәlәr giryan edәn şәrhi-mәlalәt söylәyim,
Dәrdi-bidәrmanü daği-binәhayәt söylәyim,
Bu sözә nisbәt sәnә, gәl, bir hekayәt söylәyim,
Lütf edib, qıl bir nәzәr, bu müxtәsәr dәstanә bax!

Noldu gör ol sәrvәri-dövran, әmiri-möhtәrәm,
Mәnbәi-cudü sәxavәt, mәdәni-lütfü kәrәm,
Mәrdi-meydan, әhli-ürfan, sahibi-tiğü qәlәm,
Әrseyi-rifәtdә guya kim, tikilmiş bir әlәm,
Hakimi-Şirvan, Şәki, yәni Hüseyn xanә bax!

Şirdil bir mәrd idi kim, şövkәtü şәni әzim,
Sәfşikәn, әdafikәn, şәmşirzәn, bixövfü bim,
Sәrvәri-sahibhәşәm, әtbai çox, mülkü qәdim, 
Xoşnüma, xәndanliqa, şirinsüxәn, tәbi hәlim, 
Neylәdi, gәl gör, müqәddәr, hikmәti-yәzdanә bax!

Hәqpәrәst, әhli-tәvәkkül, pakdil, safcigәr,
Baki yox heç kimsәdәn, cahü cәlalı bikәdәr,
Bilmәmiş rәşkü hәsәd insanı eylәr dәrbәdәr,
Bağlamış onunla kin әlavü әdna sәrbәsәr,
Saldılar hәr rәng dәvalar tutub böhtanә bax!

Hacı Әbdülqadirü Hacı Mәhәmmәd kinәdar
Saldılar yüz dürlü dәva, oldular ondan fәrar,
Etdilәr ol dәmdә Dardoqqazı sәngәr üstüvar,
Tapdı düşmәn hәr tәrәf, yüz oldu qovğa aşikar, 
Buldular fürsәt, tәmami girdilәr meydanә, bax!

Kәndxudalar göndәrib oğluyla çox and eylәdi,
Etmәdi bir sud hәrçәnd әhdü peyvәnd eylәdi,
Hacı Әbdülqadir ol dәm gör necә fәnd eylәdi,
Tutdu onları tәmamәn yerbәyer bәnd eylәdi,
Verdi İbrahim xana, hәm saldılar zindanә, bax!

Gör nәlәr gәldi o dәm Hacı Mәhәmmәd başına,
Tutdurub hәm anı dәxi qoydu qәlә daşına,
Qaldı bir il, verdi can axır әcәl pәrxaşına,
Böylәdir, hәr kim olursa xain öz yoldaşına,
Getdi hәr nә var isә mәrdümliyi mәccanә, bax!

Ol Qarabağ hakimi dövlәtli İbrahim xan
Әvvәl-axır onun ilә ta yaman idi yaman,
Gördü fürsәt gәldi, fövt etmәk deyil әqlә nişan,
Oldu Әbdülqadir ilә müttәfiq hәm ol zәman,
Yığdılar bihәdd lәşkәr, car edib hәr yanә, bax!

Qıldı bu sәrriştәdә hәr hal ol sәyü әmәk,
Etmәdi tәqsir, hәr dәm verdi simü zәr demәk,
Gәldilәr Carü Tala bәylәr tәmami binәmәk,
Keçdi çox dava-döyüşlәr, tul olur şәrh eylәmәk,
Öldu әvvәl Hacı xan tәk novcәvan fәrzanә, bax!

Çәkdi Ümmә xanü Әhmәd xani-Cöngәtay cәri,
Hәr biri Dağıstan içrә külli lәşkәr sәrvәri,
Bilәsincә neçә başçı, cümlәsi meydan әri,
Bir tәrәfdәn göndәrib topxanә, verdi lәşkәri,
Arxa durdu onlara valiyi-Gürcüstanә bax!

Eylәdi hәr bir qoşun gәldikcә bir dürlü savaş,
Hәr tərәfdәn qoydular can almağa meydanә baş,
Keçdi müddәt, düşdü xәlqә öylә bir qәhti-mәaş,
Olmayıb bir böylә zillәt mütlәqa alәmdә faş,
Gәlmәyib böylә müsibәt Rumә, ya İranә, bax!

Artdı qovağa üz verib hәr lәhzә bir cәngü cidal,
Öylә kim, gәlmәz hesabә oldu mәqtulü qital.
Gördü kim, ol mәrdi-meydani-bәla, ol pürmәlal
Günbәgün etmәkdәdir әyyam onu aşüftәhal,
Dәmbәdәm salmaqdadır dövran onu nöqsanә, bax!

Fәtәli xan yanına әzm eylәyib, hicrәt qılıb, 
Neylәdi ol mәrd gör әda ikәn hörmәt qılıb,
Çәkdi lәşkәr bilәsincә neçә yol qeyrәt qılıb,
Etdi mәyus onu hәm iqbali-binüsrәt qılıb,
Neylәsin insan әgәr yar olmasa sübhanә, bax!

Gah Ağası xan Şirvan hakimilә bir zaman- 
Baş qoyub әdayә qarşı atdılara meydanә can,
Öylә bir cәng etdilәr kim, su yerinә axdı qan,
Hasili ol dәrdmәndә vermәdi nüsrәt inan,
Atәşi-meydanlara etdi özün pәrvanә, bax!

Döndü çün iqbali-dövlәt, gәlmәdi pәrva ona,
Olmadı hәr yanә üz tutdusa bir mәva ona,
Hәr nә var yarü müsahib oldular әda ona,
Hәr tәrәfdәn verdilәr qәtl etmәyә fitva ona,
Cümlә xunxarü nәmәksiz ol Şәki, Şirvanә bax!

Gör necә döndü, tәmaşa qıl onun әqranına,
Aşikaravü nihan qәsd etdilәr ta canına, 
Duydu halı, hәr tәrәfdәn yığdı lәşkәr yanına,
Olmadı, çün çarә yox hәqdәn işin imkanına,
Hәr nә tәdbir ilә sәy etdisә ol mәrdanә, bax!

Cәm olub qәtlinә onun bir neçә әşrarlәr,
Bilmәyәn nanü nәmәk, bihörmәtü biarlәr,
Ölmәyә, öldürmәyә bәrk etdilәr iqrarlәr,
Cümlә öz әqvamü әqranı tәmam xunxarlәr,
Qövm-qardaşa inan, gәl dosta bax, yaranә bax!

Bir günorta vaxtı xali buldular fürsәt mәgәr,
Qalmamış, getmiş dәrindә hiç dәrbandan bәşәr.
Doldular ol xabi-qәflәtdә yatarkәn bixәbәr,
Böylәdir tәqdir: "iza caәl-qәza әmәl-bәsәr",
Özgә fikrә düşmә çox, hәqdәn gәlәn fәrmanә bax!

Çıxdı ta olcaq xәbәr әdayә qarşı bidirәng,
Bir zaman naçar, tәnha eylәdi şiranә cәng,
Neylәsin yox dәsti-bәxt, iqbali-nüsrәt, payi lәng.
Hәr tәrәfdәn üstünә yağdırdılar tiğü tüfәng,
Aqibәt mәcruh olub qәrq oldu әlvan qanә, bax!

Etdilәr sülh üzrә ol dәm bir neçә qövlu qәrar,
Oldu razı, bildi yalan olduğun biixtiyar,
Saxlayıb bir hәftә axır qәtl edib mәcruhü zar,
Külli-varın etdilәr taracü yәğma, tarümar,
Әhli beyti cümlә düşdü növhәvü nalanә, bax!

Әl qoyub cümlә fәsadә tikdilәr şeytan evin,
Etdilәr guya xәrabә din evin, iman evin,
Açdılar babi-fәsad, bağladılar ehsan evin,
Qırdı öz övladını, yıxdı onun sübhan evin,
Hacı Qadir tәk cahanın fitnәsi şeytanә bax!

Gәl, yetәr, ey zülmә rağib, sәngdil, sәxtcigәr,
Bunca xunriz olma, eylә zülmi-nahәqdәn hәzәr,
Yadına gәlmәz mәgәr ruzi-cәza, ey bixәbәr,
Noldu, hәqdәn bir zaman şәrm eylә, çıx şamü sәhәr,
Guş edib mәzlumlardan ol gәlәn әfqanә bax!

Ah kim, ta alәm olmuş mehrü mahın mәnzili, 
Eylәmiş rövşәn dili ahi-siyahın mәnzili,
Gah düşәr nisbәt gәdayә padşahın mәnzili,
Gah şiri-nәr yerin eylәr rubahın mәnzili,
Dövri-bәrәksә nәzәr qıl, çәrxi-kәcrәftarә bax!

Kimsә qalmaz nikü bәd, ancaq qalır alәmdә ad,
Namurad eylәr cahan, hәr kim ki, istәr bir murad,
Bu musibәtnamә tarixin bil, ey fәrruxnihad, 
İki yeddi, iki qırx olmuşdu min yüzdәn ziyad.
Oldu mәrhumü şәhid ol kövhәri-yektayә bax!

Böylәdir dövran işi, hәr gündә bir al eylәmiş,
Aqili nadan ilә pәjmurdәәhval eylәmiş, 
Üz verib namәrdә, hәr dәm mәrdi pamal eylәmiş,
Ey Vidadi, gәl ki, bu heyrәt mәni lal eylәmiş,
Gör nәlәr qıldı fәlәk Müştaqi tәk insanә, bax!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR