Slimfit
  1. ƏDƏBİYYAT

Molla Pənah Vaqif - Yoxdur

Molla Pənah Vaqif - Yoxdur
Sakura

Molla Pənah Vaqif - Yoxdur

Kür qırağının əcəb seyrangahı var, 
Yaşılbaş sonası, hayıf ki, yoxdur! 
Jcu tər cığalı siyah tellərin 
Hərden tamaşası, hayıfki, yoxdur!

Qış günü qışlağı Qıraqbasanm, 
Gözüdür Anuun, cümlə-cahanın, 
Bele gözəl yerin, gözel mekanm 
Bir gözəl obası, hayıf ki, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı, 
Lalə zenaxdanlı, qönçe dodaqli. 
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıfki, yoxdur!

Havasmdan torpağmın, yerinin, 
Dadızmaz dəhanm, ləbi-şirinin, 
Pəri çoxdur, nə fayda heç birinin 
Adamlıq edası, hayıf ki, yoxdur!

Ucu eşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac, 
Kelağayı elvan, qəsabe qıyqac, 
Altında cunası, hayıf ki, yoxdur!

Zər haşiye al nimtene üstünde, 
Xallar üz yamnda, çəne üstündə, 
Buxağın altında, sinə üstünde, 
Zülfün bunılması, hayıf ki, yoxdur!

Laçın teki başda ala tomağa, 
Yaşmağı tutmağa dişe, dodağa, 
Cəllad kimi durub qabaq-qabağa 
Baxıb can alması, hayıf ki, yoxdur!

Çünki yorğunuyam men bu yollarm, 
Qaydasını billəm her üsullann, 
Gümüş biləklerin, bəyaz qollann, 
San kəhrəbası, hayıf ki, yoxdur!

Ayna tutub herdem camal görmesi, 
Zülfə, zənəxdana sığal vermesi, 
Səhər ala gözün siyah sürməsi, 
Əlinin henası, hayıf ki, yoxdur!

Vaqif haqdan dilər lütfii kərəmlər, 
Belə yerdə qalan, vallahi vərəmlər. 
Yenə yada düşər bizun sənəmlər, 
Getməyin binası, hayıf ki, yoxdur!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR