Slimfit
  1. ƏDƏBİYYAT

Molla Nəsrəddin - Arvadını boşayan kişi

Molla Nəsrəddin - Arvadını boşayan kişi
Sakura

Molla Nəsrəddin - Arvadını boşayan kişi

Bir gün birisi Molla Nəsrəddinin yanına gəlir ki: 
– Molla, gəlmişəm mənim arvadımı məndən boşayasan. 
Molla deyir: 
– Baş üstə! 
Durub kağız-qələmini gətirir, oturub soruşur: 
– Arvadının adı nədi? 
Kişi ha çalışır, arvadının adını yadına sala bilmir. Axırda deyir: 
– Bilmirəm. 
Molla soruşur: 
– Yaxşı, neçə yaşındadı? 
Kişi ha gözlərini döyür, ha fikirləşir, bunu da yadına sala bilmir. 
Axırda deyir: 
– Vallah, bunu da bilmirəm. 
Molla soruşur: 
– Yaxşı haralıdır? 
Kişi deyir: 
– Molla,vallah, bunu da yaxşı bilmirəm. 
Molla kağız-qələmi yerinə qoyub deyir: 
– Bu məhəbbət ki, sizin aranızda var, elə Allah özü arvadı səndən boşayıb da... Daha mənim yanıma niyə gəlibsən?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR