Slimfit
  1. BİOQRAFİYA

Molla Nəsrəddin

Molla Nəsrəddin
Sakura

Molla Nəsrəddin - xalq müdriki,sufi

Molla Nəsrəddin (tam adı: Xoca Nəsrəddin, Əfəndi, Əpəndi; 1208-1284) — xalq müdriki olmuşdur. Sufi kimi tanınmışdır. İdentifikasiyasına (eyniləşdirməyə) görə avropalı və rus tədqiqatçıları onun mənşəcə türk olduğunu təsdiq etmişlər. Daha çox güman var ki, o, Azərbaycan türküdür. Çünki, Nəsrəddin Tusinin yazdığı Əxlaqi-Nasiri əsərində onun yumora meyilli olduğu görünür.Yəni güman var ki, Molla Nəsrəddin Azərbaycan alimi Nəsrəddin Tusidir.Bundan başqa, Nəsrəddin Tusinin və Molla Nəsrəddinin əsl adı Məhəmməd olmuşdur.

1205-ci ildə qədim Xorto kəndində anadan olmuşdur. Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan, o qədər də böyük olmayan Ağşəhərdə yaşamışdır. Atası Abdullah məsciddə axund olmuşdur. O özü Kayseri şəhərinin mədrəsələrinin birində müəllim işləmişdir. Bu məktəb Səlcuqilər dövründə ruhani məktəb kimi məşhur olmuşdur. Xalq arasında intellektuallaşdırılmış davranışa meylliliyinə görə böyük populyarlıq qazanmışdır. Müəyyən dövrdə Nəsrəddin məsul ruhani vəzifəsini – qazi vəzifəsini yerinə yetirmişdir. Vətəndaş işlərinə baxılmasında şəriət hakimliyini icra etmişdir. Onun həyatı Səlcuqilər sülaləsinin süqutu, monqol ağalığının başlanması dövrünə təsadüf edir. O həm şair, həm dərviş olmuşdur. Onun şerləri zəmanəmizə qədər gəlib çatmamışdır. Nəsrəddin diribaş, fərasətli adam olmuşdur. Onun üçün çətin situasiya anlayışı nadir hallarda mümkün ola bilərdi. Hər hansı bir hadisəni o, istədiyi kimi yoza bilmişdir. Onun koordinat şəbəkəsi hərəkətli və çevik olmuşdur.

Nəsrəddin müxtəlif türk ellərində müxtəlif adlarla məşhur olmuşdur. Türkiyədə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona Xoca deyərək müraciət edirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildə bütün titul və dərəcələr – bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi. Kişilər üçün müraciət forması "bıy", qadınlar üçün "bayan" sözləri müəyyənləşdirildi. Lakin "səməd" sözü Azərbaycanda indi də hörmət ifadəsi olaraq müəllim və alimlər arasında geniş surətdə işlənməkdədir.

Əfəndi isə hələ yunanlardan götürülmüş savadlı adamlara müraciət forması kimi saxlanılmaqdadır. Taciklər arasında əfəndi, özbəklərdə isə əpəndi kimi işlədilir. Orta Asiyada Nəsrəddin Əfəndi kimi tanınır. Azərbaycanda isə molla ləqəbi ilə məşhur olmuşdur.

Bəşəri planda Nəsrəddini "müdriklik sindromu" daim müşayiət etmişdir. Bu ağlın xüsusi vəziyyətidir. Qavranılan hər şeyi işıq filtrindən keçirir. Bu cür insanlar onlarla baş verənlərin paradoksalizmini, ziddiyyətlərin tendensiyalılığını hiss edir və özlərini qaydalardan qaçanlar kimi göstərirlər. Uşaqlıq illərində Nəsrəddinin atası nə deyirmişsə, o əksinə edərmiş. Ona görə də atası həmişə sözü əksinə deyirmiş ki, oğlu da tərsinə eləməklə, işlər düz getsin. Bu isə həmişə belə gedə bilməzdi. Həyat Nəsrəddini müdrik etməklə dünyaya çox şey vermişdir.

Xoca Nəsrəddinin tarixi haqqında ilk məcmuə XVI əsrin əvvəllərində Türkiyədə yazıçı və şair Lamii tərəfindən tərtib olunmuşdur. Lamii 1531-ci ildə ölmüşdür. Onun kompilyasiyası (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzələn əsər və onun bu əsər hələ indiyə qədər çap olunmamışdır ) ərəb, fars mənbələrini, həm də təkcə yazılı deyil, eyni zamanda şifahi ərəb mənbələrini özünə daxil etmişdir. XIX əsrdən Nəsrəddin lətifələrinin çap olunması tarixi başlanır. Əvvəl İstanbulda (1837-ci ildə) və sonra Bulakda Nəsrəddin yaradıcılığının mətbəə nəşrlərinin əsası qoyulmuşdır. Nəsrəddinin uydurma şəxsiyyət olduğunu deyənlər bir şeyi unudurlar ki, hər şeyi uydurmaq olar, müdrikliyi isə uydurmaq qeyri mümkündür. Müdriklik konkret insanı – müdriki tələb edir. Qabaqcıl, o cümlədən müdrik və təhsilli adamlar uşaqlarla həmişə mehriban olmuşlar. Nəsrəddində belə bir müdrik şəxsiyyətlərdən biri olmuşdur. Uşaqlar çətinlik olan kimi Nəsrəddinin yanına qaçar, ondan yardım alırdılar.

Sosial mövqeyinə gəldikdə Nəsrəddin burada öz ağlı ilə adamları heyrətə qoyur. O, çəkinmədən hökmdarların üzünə onların günahlarını demişdir. Bir sözlə, bütün dünyanın sevdiyi türk oğlu, müdrik insan Xoca, molla, əfəndi, əfəndi Nəsrəddin 800 ildir ki, bəşəriyyəti güldürür və güldürə-güldürə düşünməyə məcbur edir.

Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəzdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.

Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.

Heykəllər

Özbəkistan, Buxara şəhəri, N. Hüseynov küç., ev 7 (Ləbi-Haus memarlıq kompleksinin içində)

Rusiya, Moskva şəhəri, Yartsevskaya küç., ev 25a ("Molodyojnaya" metrostansiyasının yanı) — 2006cı ilin aprelin 1də açılıb, heykəltəraşı Andrey Orlovdur.

Türkiyə, Sivrihisar, Hortu köyü.

Qazaxıstan, Ust-Kamenoqorsk şəhəri, Mədəniyyət və istirahət parkı

Ukrayna, Xarkov şəhəri, Dinamovskaya küç. 12 - 2013-cü ildə açılıb, heykəltəraşı Katib Məmmədovdur.

Filmoqrafiya

Nəsrəddin Buxarada (film, 1943)

Nəsrəddinin macəraları (film, 1946)

Nəsrəddin Xoca və Teymurləng (film, 1954)

Nəsrəddin Xocəntdə, yaxud Məftun olmuş Şahzadə (film, 1959)

Nəsrəddin Xocanın 12 məzarı (film, 1966)

Halva dadı (film, 1975)

Nəsrəddinin ilk məhəbbəti (film, 1977)

Daha nəşəli bax (film, 1982)

Nəsrəddin Xoca (film, 1982)

Nəsrəddin Xocanın qayıdışı (film, 1989)

Nəsrəddin Xoca və Əzrayıl (film, 2004)

 

Lətifələri:

Abbasını özün al
Açar deşiyi
Adama cumur
Arvadım sağır
Arvadını boşayan kişi
Aşı mollanın, başı mollanın
Allahın qapısı
Ayaqlaşa bilmirdi
Ağlına gəlməz
Nə çəkirəm
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR