Dərc edildi: Baxış sayı: 533
Molla Məhəmməd Zövi - Xoş ol ki, meykədə aşiyanəmiz vardı
Xoş ol ki, meykədə aşiyanəmiz vardı,
Müdam qülqüli-meydən təranəmiz vardı.
Edəndə məscidə dəvət bizi müəzzinlər,
Suali-rəddinə yüz min behanəmiz vardı.
Xərabə mülki zürufü füruş əbavü qəba,
Şərabə sərf elədik hər təvanəmiz vardı.
Əgərçi olmuşuq indi əsiri-qeydi-əyal,
Deyildi böylə, bizim də zəmanəmiz vardı.
Əgərçi Zövi kimi indi xanəbərduşəm,
Xoş ol ki, meykədə küncündə xanəmiz vardı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət