Dərc edildi: Baxış sayı: 501
Molla Məhəmməd Zövi - Nə saqiyü nə ləbi-ləlfamə müştaqəm
Nə saqiyü nə ləbi-ləlfamə müştaqəm,
Nə rahi-ruhəfzayə, nə camə müştaqəm.
Bəsani-zəhr məzaqımda təlxdir şəkkər,
Zibəs ki ol məhi-şirinkəlamə müştaqəm.
Əzəldə istər idim vəslüvü, vəli hala
Nəvidi-qətl verən bir pəyamə müştaqəm.
Nə sərvə meyl edərəm, nə sənubərə kim, mən
O qədr ol büti-tubaqiyamə müştəqam.
O şəms vəsli deyil arizu mənə, Zövi,
Dilindən ol sənəmin bir səlamə müştaqəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət