Dərc edildi: Baxış sayı: 493
Molla Məhəmməd Səfili - Yaxşidür
Gör nədən yaratdı yaradan bəni,
Şöhrət üçün ay günəşi yaxşidur.
Ələmdə söylənur gözəlin şani,
Geymax üçün al qumaşi yaxşidür.
Ölüm eydur aci kəlmə demədən,
Axıl ögrənilməz dəli səmədən,
Namərdlərin yağlısıni yemədən,
Mərd yigidin quri aşi yaxşidür.
Der Səfili, bir yadigər də səndən,
Toymax olmaz paldan tatli lisandan,
Beyvəfa arvatdan, pinti insandan,
Sarılmaya bayır tosun yaxşidür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət