Dərc edildi: Baxış sayı: 489
Molla Məhəmməd Səfili - Ağlasin
Yaşılbaş sonalar ötər göllərdə,
Qırıldı qanadım qaldım çöllərdə,
Anasız, babasız gəzdim ellərdə,
Bən ağlamiyem, kimlər ağlasın.
Bir yandan ğəm gəldi, bir yandan farağ,
Qaldım qürbət eldə, Vətənim irağ.
Qürbət eldə nasıl yaşiyağ, durax,
Bən ağlamiyem, kimlər ağlasın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət