Slimfit
  1. ƏDƏBİYYAT

Molla Hüseyn Dəxil - Xərabə mənzil olub çün əyali-tahayə

Molla Hüseyn Dəxil - Xərabə mənzil olub çün əyali-tahayə
Sakura

Molla Hüseyn Dəxil - Xərabə mənzil olub çün əyali-tahayə

Xərabə mənzil olub çün əyali-tahayə,
Yetişdi nalə səsi övci-ərşi-əlayə.

Hənuz hər yeri bir yanda tutmamış aram,
Bir özgə qəm verib ali-əbli-beyti-Zəhrayə.

Bir-birinə xəbər eyləyib əhaliyi-Şam,
Ki, dəstə-dəstə gəliblər o dəm təmaşayə.

Bu az cəfadı ki, ol bikəsani-xam tamah,
Baxıb əsirlərə, düşdülər təmənnayə.

Tamahlanıb birisi istədi imamı qulam,
Həzar mən bu biabiruyi-dünyayə.

Biri deyirdi satarlar təmamini allam,
Yezidi razı əgər eyləyəm bu sövdayə.

O vaxtda Zeynəbi-nalənə üz verib riqqət,
Gümanı çox var idi çün Əliyyi-əlayə.

Buyurdu kur olasız, baxmayın, kənarə durun,
Nə tənədir, nə tamaşa hərimü alayə?

Zənanü mərdü, kənizü qulamsız bizə siz,
Qəsəm cənabi-Bətulü Rəsuli-bəthayə.

Həmin xərabədə Adəmdi bizlərə dərban,
Görübdü çün bizi xatun insi-Həvvayə.

Böyük hərəmlərə xadim cənabi-Məryəmdir,
Bu xırda qızlara Həvvadır aqibət dayə.

Yenə qoyub üzünü bəski aftab göyə,
Bizik ki, başımıza salmamışdı gün sayə.

Haman cavan ki, sınıq payəyə edib təkyə,
Onun adı yazılıb ərşə, ta tapıb payə.

Özü mərizdü amma bununla Ruhullah,
Əbəd həyat verir bir nəfəslə mövtayə.

Zəif can ilə çün əllərin öpübdü əsa,
Odur əsası verir can əsayi-Musayə.

Çəkiblə darə tənab ilə dari-dünyada,
Veribdü dari-bəladən nicat İsayə.

Yetişmişık təzə, bir dəm qoyun olaq rahat,
Salublə bizləri müddətdi kuhü səhrayə.

Qərib ölkə, xərabə məkan ki qırxa yavuq,
Əsir övrət-uşaq kim düşüb bu səhrayə.

Açıqdı başlarımız, baxmayın sizi Tarı,
Gedin dəxi dağılın, durmayın təmaşayə.

Nə müşrikü nə yəhudü nə əhli-zünnarıq,
Nüzul edib bizə Quran ayəbəayə.

Hicab edin, üzümüzdə nə pərdə var, nə niqab,
Qənaət eyləməyin türreyi-səmənsayə.

Əgər bizi tanısaz hətki-hörm0ət eyləməyin,
Bizik ki, nisbətimiz var Bətuli-Üzrayə.

Edibdi xalqa təvəllanızı xuda vacib,
Necə rəvadı Xudayə qalam təvəllayə.

Nəvayə gəlməyə var gülşəni-əzadə Dəxil,
Nə ehtiyac dəxi əndəlibi-şeydayə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR