Dərc edildi: Baxış sayı: 598
Molla Cümə - Yavaş-yavaş
Minib eşqin səməndini çaparam yavaş-yavaş, Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş. Sevən yarım şəfqət etsə o ləblərin suyundan, Od tutuban yansa canım, səpərəm yavaş-yavaş.
Geyinmisən, yüz fitnəylə tilsim əynindədir, Məni bu dərdə salıbsan bablın boynundadır, İtiyim var, axtarıram, deyirlər qoynundadır, İznin olsa, mən əl salıb taparam yavaş-yavaş.
Mən Cüməni yad etmədin, heç bilmirəm günahım, Məni səndən cüda saldı min bir adlı pənahım, Can dilbərim, bir yaxın gəl, çox da yoxdur tamahım, O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət