Dərc edildi: Baxış sayı: 515
Molla Cümə - Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir.
Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər
Öz-özümə səbir verdim dedim mahi-taban gəlir.
Çıxardıb al libasını geyibdi qara donları
Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir.
Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə
Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.
Molla Cümə çıx daldadan səni görsün o sirdaşın
Bəlkə canı qərar tapa eşidib bigüman gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət