Slimfit
  1. ƏDƏBİYYAT

Molla Cümə - Molla Cümənin Qıpçaq səfəri

Molla Cümə - Molla Cümənin Qıpçaq səfəri
Sakura

Molla Cümə - Molla Cümənin Qıpçaq səfəri

Molla Cuma baba bir gün Qıpçağa gəlir, lakin onu bu kənddə tanımırlar. Qışın oğlan çağı idi, hər yerə qar yağmış, buz bağlamışdı. Bunun da bir arıx atı olur. Molla Cuma babanı çəkirlər isti evə, atı isə soyuqda həyətdəki tut ağacına bağlı halda, baxımsız qalır. Aşıq görür ki, əgər at bu vəziyyətdə səhərədək çöldə, ayazda qalsa, aclıq və soyuqdan öləcək, özü isə atsız, piyada qalacaq. Molla Cuma baba evdəkilərdən soruşdu ki, sizə saz çalım, yoxsa Qur”andan, şəriətdən oxuyum. Cavabında ev yiyəsi qayıtdı ki, qurban olum Qurana, insana öləndə lazımdı yasin oxumaq, bizə saz çalın, ürəyimiz darıxır. Bu arada ev sahibəsi elə hey deyinir və Molla Cumaya deyirdi ki, atı tövləyə bağlamayın, qoyun-quzunu, dana-buzovu vurar. Arvad atı tövləyə qoymaq istəmirdi. Molla Cuma baba da fikirləşdi ki, əgər sazı əlimə alsam bu arvada elə həcv qoşacağam ki, atı öz əli ilə aparıb qoyacaq tövlədə arpanın üstünə. Görək aşıq sazı əlinə alaraq nə deyir.

Müxəmməs
Bir müsafir sənə qonaq gələndə,
Əvvəl əldən onun atına baxın.
Tutun noxtasından çəkin tövləyə,
Arpadan, samandan, otuna baxın.

Müsafiri xanasına yetirin,
Əldən-ələ, dildən-dilə götürün.
Ya üzbəüz, ya düzbədüz oturun,
Aşından, ətindən, çayına baxın.

Molla Cümə sizə qonaq gələndə,
At üstündə buz deyiban qalanda,
Ürək sevib bir arvadı alanda,
Axtarıban onun zatına baxın.

Arvad başa düşür ki, Molla Cuma bu sözləri ona deyir. Cəld çölə çıxaraq atı tövləyə salıb, arpanın, otun üstünə qoyur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR