Slimfit
  1. ƏDƏBİYYAT

Molla Cümə - Molla Cümə ilə Aşıq Ələsgərin deyişməsi

Molla Cümə - Molla Cümə ilə Aşıq Ələsgərin deyişməsi
Sakura

Molla Cümə - Molla Cümə ilə Aşıq Ələsgərin deyişməsi

Rəvayətə görə bir dəfə Molla Cuma gəlib çıxır Aşıq Ələsgərin və şəyirdlərinin yaşadığı bir ocağa. Şəyirdləri görürlər ki, qəribin sazı var. Qonağı dişlərinə vurmaq istəyir, ona atmacalar atırlar. Cuma onların cavablarını yerli-yerində verib pərt eləyir. Hadisəni müşahidə edən Aşıq Ələsgərin xoşuna gəlir Molla Cumanın hazırcavablığı.

Aşıq Ələsgər soruşur: “Aşıq, hardan gəlib, hara gedirsən?” Alıb Molla Cuma görək nə deyər:

Ağalar, xəbər alsanız,
Bilin mən hardan gəlirəm.
Cəsədim od tutub yanır,
Çıxıban nardan gəlirəm.
Mənsur təki müsəxxərdim,
Qurtarıb dardan gəlirəm.
Aparıb əqlim, kəmalım
Satıb bazardan gəlirəm.
Billah təmiz uzaq olub,
Namusdan, ardan gəlirəm.
 
Bir şəhərə yolum düşdü,
Sultanı çıxmış başa da
Qabağında əl bağlayıb,
Qalmış yüz on dörd paşa da
Altı min iki yüz otuz doqquz 
Bayraq var yanaşada,
yetmiş yeddi min doqquz yüz otuz dörd qoşun
Nizam oynar tamaşada.
Otuz qapıdan keçibən
Mən o şəhərdən gəlirəm.
 
Bir qarıynan bir qoca,
Əyləşmişlər xanasında.
İyirmi dörd gəlin vardır,
Həm onların binasında.
Hər gəlinin altmış uşaq,
Düzülübdür sinəsinə.
On beş-on beş süd əmərlər,
Dörd məmə var anasında.
Mocuzata heyran olub
Çərxi-qəvvardan gəlirəm.
 
Bir əjdaha kəsdi yolum,
Gördüm on iki başı var.
Hər başında birdir ağzı,
Ağzında otuz dişi var
Hər kəllədə dörddür gözü,
Tamam yüz əlli qaşı var
Qabağında yazılıbdır
Üç yüz altmış yaşı var
Qorxma deyib mərd yerişli
Cəlil Cabbardan gəlirəm.
 
Bir bezircan seyrə çıxmış
Doxsan doqquz qul dalınca
Gündə beş vaxt iş işlərlər
Ta İsrafil sur çalınca.
Bir şah qırar öz qoşunun
Təki özü tək qalınca 
Arif olan bu suala
Cavab verər kamalınca.
Mən Cümədə xəvər çoxdur,
Gəzib diyardan gəlirəm.

Aşıq Ələsgərin şəyirdləri qıfılbəndi aça bilmir, sazlarını verirlər Molla Cumaya, Molla Cuma götürmür, deyir ki, mən bura saz yığmağa gəlməmişəm, söz öyrənməyə gəlmişəm. Rəvayətə görə Aşıq Ələsgərlə Molla Cuma üç gün, üç gecə deyişirlər.

Axır bu qərara gəlirlər ki, onlar bir-birini bağlaya bilmirlər, əl verirlər, bir-birinin sazın öpüb doğma qardaş kimi deyə-gülə ayrılırlar...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR