Slimfit
  1. BİOQRAFİYA

Molla Cümə

Molla Cümə
Sakura

Molla Cümə - Azərbaycanlı aşıq

Molla Cümə 1854-cü ildə anadan olmuşdur. Təxəllüsü "Molla" olsa da, heç vaxt mollalıq etməmişdir. Bu təxəllüs ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin dəqiq elmi tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürmüş və oğlu Həsənə vermişdir.

Şeirlərindən aydın olur ki, Molla Cümə hicri tarixilə 1332-ci ildə, miladi tarixilə 1914-cü ildə 60 yaşına çatıbmış. Bunu nəzərə alaraq onun 1854-cü ildə doğulduğu ehtimal olunur. Onun digər bir şerindən Şəki rayonunun Layisqi kəndində anadan olduğu və ömrünün sonuna qədər burada yaşadığı aydınlaşır. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazmışdır. Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olmuşdur.

Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Nədənsə Molla Cümə şeirlərində sevgilisinin adını gizlətmişdir. Bununla bağlı çoxlu rəvayətlər mövcuddur. Bir rəvayətə görə aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməmişdir.

Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və orijinallıq kəsb etmişdir. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə səsləşən əsərlər yaratmış və onlara oxşamalar yazmışdır. Ən başlıcası isə o, özünə qədər deyilməyən fikirləri böyük ustalıqla müxtəlif şəkildə təcəssüm etdirmişdir.

Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər vardır. Bu məzmunlu şeirlər vaxtilə əlyazmasına yazıldığı üçün gəlib bizə çatmışdır. Həm də aşığın belə şeirlərinin hamısı əlyazmalarına köçürülməmişdir və onların bir qismi bizə məlumdur. Aşığın bu mövzuda olan şeirlərini oxuduqda onun Qurani-Kərimə, yer üzünə gəlmiş məşhur peyğəmbərlərin, islam dünyasının şöhrətli şəxslərinin həyatına, fəaliyyətinə yaxından bələd olduğu aydınlaşır. O, heç bir şerində İslamı təbliğ etmir, insanları dinə çağırmır. Ancaq İslamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir. Molla Cümə bəzi din kahinləri kimi insanları bu dünyadan, həyatdən, zövq-səfadan əl çəkməyə səsləmir. Aşığa görə, İslama hörmət və məhəbbət bu dünyadan əl çəkmək demək deyil. "Mədəd", "Bax", "Dünya", "Qalacaqmı", "Yarəb" və başqa şeirlər, Aşıq Könül ilə deyişmələri aşığın İslam dünyasına dərindən bələd olduğunu nümayiş etdirməkdədir.

Aşığın yaradıcılığında tarixi, əfsanəvi, dini şəxslərin adları sadəcə çəkilmir. Məlum olur ki, onlar haqqında olan əfsanə və xatirələrin hamısı aşığa bəlli olmuşdur: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b. Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işarə olunur. Molla Cümə bunların hamısını məktəbsiz, institutsuz, akademiyasız təkbaşına öyrənmişdir.

Bununla belə, Molla Cümə hər şeydən əvvəl məhəbbət aşığıdır. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir.

Molla Cuma 1920-cilin 14 mayında XI Qızıl Ordunun erməni əsgərləri tərəfindən qılıncla şaqqalanaraq amansızcasına qətlə yetirilib. Həmin dövürdə ruslar tərəfindən aparılan hərbi təmizləmə siyasəti ərazidə Zaqatala müharibəsi adlanırdı. Yerli özünü müdafiə dəstələri və Azərbaycan Cümhuriyyətinin dağınıq hərbi qüvvələri ruslara qarşı ciddi müqavimət gıstərirdilər. Molla Cuma isə həmin vaxt gələn yeni hökumətin təbliğatına uyaraq kasıb adam olduğundan heç yana qaçmamış və öz evində kasıb əmisi və əmisi uşaqları ilə əkin-biçin işlərini davam etdirmişdi. Amma indiki Gürcüstan ərazisində yaşayan Səbətli erməniləri Molla Cumnın xalqın içində sayılan-seçilən biri olduğunu, xüsusi istedada malik bir xalq aşığı-şairi kimi tanındığını bilirdilər. XI Qızıl Ordunun əli ilə Azərbaycan xalqına daha bir zərbə vurmağı fürsət bilmişdilər. Onların əli ilə ruslara səliqə-sahmanla geyinən xalq aşığı mülkədar kimi təqdim edilərək elə öz əlləri ilə də amansızcasına qətlə yetirildi.

 

Kitabları

  • Molla Cümə. Şeirlər. «Azərnəşr», 1966,
  • Molla Cümə. Seçilmiş əsərləri. (Toplayıb tərtib edənlər: Əfəndiyev P., İdrisov Ş.). Bakı, Yazıçı, 1983.
  • Molla Cümə (rus dilində). «Yazıçı», 1984.
  • Molla Cümə. Əsərləri. «Maarif», 1995,
  • Molla Cümə. Əsərləri. 3 cilddə. I cild (Toplayıb tərtib edən: Yarəhmədov M.). Bakı, Örnək, 2000.
  • Molla Cümə. Əsərləri (Toplayıb tərtib edən: Əfəndiyev P.). Bakı, Sabah, 2006.
  • Molla Cümə. Əsərləri. «Şərq-Qərb» nəşriyyatı, 2006
  • Molla Cümə (həyatı və yaradıcılığı) (Toplayıb tərtib edən: Əfəndiyev P.). Bakı, "Ləman nəşriyyat poliqrafiya", 2017

 

Şeirlər

 

Qoşmaları

 

Qoşayarpaq qoşma

 

Gəraylıları

 

Sallama gəraylılar

 

Təcnisləri

 

Divaniləri

 

Müxəmməsləri

 

Bayatıları

 

Qəzəlləri

 

Dastanları

 

Aşıq rəvayətləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR