Slimfit
  1. BİOQRAFİYA

Molla Abbas Şölə

Molla Abbas Şölə
Sakura

Hacı Molla Abbas Hacı Abdulla oğlu Şölə — şair

Mәrhum Hacı Molla Abbas Hacı Abdulla oğlu әslәn isfahanlı imişsә dә, yenә Gәncә şüәrasının zümrәsindәn hesab olunur.

Hacı Molla Abbas "Şölә" tәxәllüs tәxminәn qırx beş sәnә bundan müqәddәm Gәncәyә gәlib, orada evlәnibdir vә lakin övladı olmayıbdır. Şölә Hindistanı, İranın çox yerlәrini, Әrәbistanı vә Misiri seyrü sәyahәt edib xeyli bilik vә tәcrübә kәsb etmiş bir vücud idi. Qafqaziyanın dәxi çox yerlәrini gәzib, onda olan müxtәlif әqvamü milәlin adabü ayini ilә bәlәd olmuşdu.

Mәrhum Şölә tәvәllüdü zamanından ömrünün müsinn çağına qәdәr xәstә olmadığını vә hәtta baş vә diş ağrısı nә olduğunu bilmәdiyini öz dost vә tanışları yanında iddia edәrmiş. Şölә fars vә türk dillәrini kamil vәchdә bilirmiş. Amma әşarü kәlamının çoxusu türk dilindәdir. Yazdığı әşarın әksәri, demәk olur ki, Gәncә şәhәrinin xüsusi vüquatına vә onda vaxtbәvaxt zühur edәn әlamata, vüqua gәlәn tәğyirata vә Gәncә әhlinin әxlaqü adatına dairdir. Şölәnin dili açıq vә sadә olduğuna binaәn, onun kәlamları hәr kәsә, hәtta kәmsavad adamlara da xoş gәlir.

Mәcmuәsi var, amma çap olunmayıbdır. Şölә vәfat edibdir Gәncәdә 1899-cu ildә, tәxminәn yetmiş yaşında.

 

Şeirləri

 

Beytləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR